mobil versiya

"Görüşə dəvət edirik" - Hikmət Hacıyevdən brifinqlərin parodiya edildiyi videolara MÜNASİBƏT



“Videoları dublyaj edən şəxsi Prezident Administrasiyasına görüşə dəvət edirik”.

REPORTYOR.AZ xəbər verir ki, bunu, Prezidentin köməkçisi Hikmət Hacıyev bugünkü mətbuat konfransında  brifinqlərin parodiya edildiyi videolara münasibət bildirərkən deyib.

O qeyd edib ki, bəzən qərargahın iclasları ilə bağlı satirik filmlər hazırlanır:

“Biz bunu çox normal qəbul edirik. Ərtoğrul adı ilə sosial şəbəkələrdə çıxış edən bir şəxs var, onun fəaliyyətini yüksək qiymətləndiririk. Satira Azərbaycan ədəbiyyatının və xalqının mədəniyyətində vacib özəlliklərdən biridir.

Belə kreativ insanlara Operativ Qərargahın islaslarına göstərdikləri bu diqqətə görə də bir daha təşəkkür edirik, o videoları çox bəyənirik”.


SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 15-08-2020, 13:39