Polis Qaradağda reyd keçirdi -Fotolar

Paytaxtın Qaradağ rayonunda polis əməkdaşları tərəfindən koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə ərazidə növbəti nəzarət-profilaktiki tədbirlər həyata keçirilib.
REPORTYOR.AZ xəbər verir ki, tədbir çərçivəsində ictimai nəqliyyatda və qapalı yerlərdə maskadan istifadə etməyən şəxslərlə profilaktiki söhbət aparılıb, maskası olmayan şəxslərə tibbi maskalar paylanılıb. 
Rayonda nəzarət-profilaktiki tədbirlər çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq profilaktiki tədbirlər davam etdirilir.






 
					
            SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ
		
		Tarix: 25-08-2020, 22:40 
		  
		 
		 
		 
		 
		  		


























