mobil versiya

Öldüyü hesab edilən 20 yaşlı qız dəfn zamanı gözünü açdı - Övladım sağ ola-ola... - FOTO



   

ABŞ-da 20 yaşlı Timeşa Beauçampın öldüyü zənn edilərək dəfn edilməyinə qərar verilib. Səlahiyyətli şəxslər gəncin meyitinin büküldüyü örtüyü açanda Timeşanın yaşadığını görüncə dəhşətə gəliblər.

Oxu24.com Guardian-a istinadən xəbər verir ki, müayinə zamanı qadının bir saatdan çoxdur ki, dirildiyi məlum olub.

Gənc qızın ailəsinin vəkili Fieger hadisə anını belə izah edib: "Artıq dəfnə hazırlaşırdıq. Dəfn evinin əməkdaşları meyitin üzünü açanda qızın gözlərinin açıq olduğunu görüblər".

Qızın anası Erika Lattimore isə "İçim parça-qarça olur. Övladım sağ ola-ola öldüyünü dedilər" ifadələrini işlədib.



SON XƏBƏR / KARUSEL / DÜNYA / HADİSƏ
Tarix: 26-08-2020, 20:12