mobil versiya

Yoluxma hər gün artır - Azərbaycanda karantin rejimi uzadıla bilər - VİDEO





Mayın 4-dən sərtləşdirilmiş xüsusi karantin rejiminin yumşaldılması, məhdudiyyətlərin aradan qaldırılması mümkün olsa da yoluxma sayında artımlar baş verdi. Buna rəğmən dövlət tərəfindən vaxtında atılan addımlar nəticəsində sağalanların sayı yoluxanların sayını üstələdi.

REPORTYOR.AZ
ATV-yə istinadla xəbər verir ki, indi Azərbaycan yoluxma və sağalma hallarının nisbətinə görə ən yaxşı nəticələr nümayiş etdirən ölkələr sırasındadır. Yoluxma hallarının artım dinamikasına yenidən yol verilməməsi üçün xüsusi karantin rejimi hələ bir müddət davam etməsinin vacibliyi vurğulanır.

Koronavirusla mübarizədə Azərbaycanın atdığı düzgün addımlar öz nəticəsini verir. Belə ki, ölkə rəhbərliyinin həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə bu günə kimi bütün addımlar düzgün istiqamətdə atılıb.

Dövlət başçısı tərəfindən verilən tapşırıqlar, vaxtında atılan addımlar nəticəsində Azərbaycan virusun təsirlərini minimallaşdıra bilib. Bu bir daha göstərir ki, Azərbaycan dövləti infeksiyanın yayıldığı ilk günlərdən vəziyyəti nəzarətdə saxlayaraq genişmiqyaslı tədbirlər həyata keçirib.

Müşfiq Məmmədli - millət vəkili: "Hazırda görülən tədbirlər və aparılmış müalicə tədbirləri, səhiyyə müəsissələrinin, işçilərinin mobilyasiya olunması Azərbaycanda koronovirusla mübarizəni digər ölkələrdən ön plana çıxardı. Azərbaycan bir örnək ölkə olaraq qeyd edilir. Həm dövlət tərəfindən, həmdə görünmüş statistik tablo bunu göstərir. Ancaq biz bununla arxayın olmamlıyıq. Daim dediyimiz kimi, istər karantindəki qoruyucu tətdbirləri, istərsədə yumşaldılmalar zamanı belə müvafiq təlimatlara ciddi şəkildə riayət etməliyik".

Əgər ölkədə vaxtında düşünülmüş addımlar atılmasaydı, bu gün xəstələrin sayı min yox, bəlkə də on minlərlə ola bilərdi. Artıq bütün dünyada yüz minlərlə insan koronavirusa yoluxub və on minlərlə insan vəfat edib. Nəzər yetirsək ki, görərik ki, koronavirusla mübarizədə uğur qazanan və karantin rejimini ləğv edən bir çox ölkələr sonrakı dövrdə infeksiyanın geniş yayılması nəticəsində yenidən məhdudiyyətləri bərpa etməyə başlayıb. Bu baxımdan, Azərbaycan dünyanın virusdan ən az zərər çəkən ölkələrindən biridir.

Müşfiq Məmmədli - millət vəkili: "Bir neçə dəfə İspaniyada sərtləşdirməyə getməyə məcbur qaldılar. Bunun da səbəbi birdən-birə karantin rejimini bəzi yerlərdə tamamilə aradan qalxması istiqamətində atılmış addımlar idi. İtaliyada isə son 1 günün məlumatlarına əsasən 1200-dən artıq yoluxmalar müşahidə olunmuşdur. Bu da yenidən karantin rejiminin sərtləşdiriməsini aktual edir.

Burada biz Azərbaycan və Avropa örnəyini müqayisə etsək o nəticəyə gələ bilərik ki, həqiqətən də Azərbaycanın mərhələli şəkildə yumşaldılmaya getməsinin strateji önəmi buradan görünür. Əgər birdən-birə yuşaldılmaya gedərdiksə, o zaman yoluxmanın artması ilə qarşı-qarşıya qalardıq.

Qarşıdan müxtəlif xəstəliklərin aktivləşdiyi payız və qış fəsli gəlir. Hazırkı dövrdə ölkəmizdə qənaətbəxş dinamikanın olması bizi arxayınlaşdırmamalıdır. Virusla mübarizədə sadə qaydalara əməl etməkdən başqa bir yol yoxdur. Sanitar-epidemioloji vəziyyətin təhlili göstərir ki, xüsusi karantin rejiminin uzadılmasına ehtiyac duyulur.

Nahid Məhərrəmov - həkim: "Payız fəslinə girdiyimiz təqdirdə koronovirus infeksiyası olmasa belə yuxarı tənəfüs infeksiyası artmış olur, buna bakteriyal, virus mənşəli infeksiya aiddir. Payız fəslinin infeksiyası imun sistemi zəif olan insanları yaxalaya bilər. Mütləqdir ki, payızda da qoruyucu maskalardan istifadə edək, əllərimizi tez-tez yuyaq. Mütləqdir ki, məsafə saxlayaq, bu bir mənalı belədir".

Uzun müddətdir bu rayonlarda yoluxma faktlarının aşağı səviyyədə olması da yumşaldılmalara getməsinə zəmin yaradır. Yoluxma təhlükəsinin yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla, digər 10 rayonun yəni Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyanın “sarı” zonaya keçirilməsi mümkündür.


SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 28-08-2020, 10:41