mobil versiya

Ramzan Kadırov 21 yaşlı qızını yüksək vəzifəyə təyin etdi




Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov 21 yaşlı qızı Ayşat Kadırovanı Mədəniyyət nazirinin birinci müavini təyin edib.

BAKU.WS xəbər verir ki, bu barədə Kadırov “Teleqram” kanalında məlumat verib:

“Ayşatın yeni vəzifəyə təyin olunması qəti verilmiş qərardır. Bilirəm ki, o, çeçen dəyərlərini canlandırmaq yolunun bariz tərəfdarıdır və yeni vəzifəsinə məsuliyyətlə yanaşacaq.

Əminəm ki, Ayşad qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gələcək. Onun Çeçenistan Dövlət Filarmoniyasının inkişafındakı xüsusi xidmətlərini də unutmaq olmaz. Bu yolda ona uğurlar arzulayıram”, - deyə R.Kadırov vurğulayıb.

Qeyd edək ki, Ayşat Kadırova "Firdaw” moda evinin sahibidir. 21 yaşlı Ayşat Kadırova həm də dindardı. O, Qurani-Kərim hafizidir.
SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 2-09-2020, 08:54