Eks-deputatın səsyazısı yayıldı - AUDIO
Xəbər verdiyimiz kimi, dünən azadlığa çıxan Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev onunla bağlı bəzi məlumatlar paylaşan saytları cəzalandıracağını deyib.
O qeyd edib ki, iki gün ərzində açıqlamasının audioyazısı mediada verilməsə, xəbəri yayanları cəzalandıracaq:
"Çünki deyilməyən sözə görə insanı cəmiyyət qarşısında alçaltmaq, onu nüfuzdan salmaq şərəfsizlikdir. Şərəfsizlik isə cəzalandırılmalıdır".
REPORTYOR.AZ xəbər verir ki, demokrat.az saytı sabiq deputatın ittihamlarına cavab olaraq sözügedən səsyazısını yayıb.
Eks-deputat həmin açıqlamada kefinin yaxşı olduğunu və danışmaq istəmədiyini bildirib.
SON XƏBƏR / GÜNDƏM
Tarix: 7-09-2020, 10:52