mobil versiya

Müdafiə Nazirliyindən Xocavənd açıqlaması




Cəbhənin cənub sahəsində Azərbaycan Ordusunun guya 3 tankının vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil və tamamilə yalandır.

Bu barədə REPORTYOR.AZ-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, cəbhənin Xocavənd istiqamətində Azərbaycan Ordusu düşmən üzərində taktiki, atəş və ərazi üstünlüyünə malikdir:

"Düşmən ordusu mənəvi və psixoloji baxımdan əzilmiş vəziyyətdə olduğu üçün qarşı tərəf mediada bu cür əsassız xəbərlər yaymaq məcburiyyətindədir".

SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 4-11-2020, 14:07