mobil versiya

Azərbaycanda güclü partlayış: Yaralı var



   

Bu gün səhər saat 07 radələrində Şəkinin Çeşməli kəndində, kənd sakini Ağabəy Əsədullah oğlu Ağayevə məxsus, ümumi sahəsi 110 kv/m olan olan kürsülü birmərtəbəli üç otaqdan ibarət fərdi yaşayış evində qaz sızmasından partlayış baş verib.

REPORTYOR.AZ-ın məlumatına görə, partlayış nəticəsində evin qapı-pəncərəsi dağılıb, evdə yanğın baş verib.

Partlayış zamanı 1967-ci il təvəllüdlü Fəridə Hacıxan qızı Ağayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ona üzün, yuxarı və aşağı ətrafların 2-3A dərəcəli termiki yanıq xəsarətləri diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.



SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 24-11-2020, 10:15