Ərdoğan son nöqtəni qoydu: Qəbul etməyəcəyik...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Universitetlər Şurası və Akdeniz Universiteti tərəfindən təşkil olunan Şərqi Aralıq dənizi konfransında videomüraciət edib.
REPORTYOR.AZ xəbər verir ki, "Ölkəmizin Antalya sahillərini məhdudlaşdırmağı hədəfləyən plan və xəritələri qəbul etməyəcəyik" deyən ölkə başçısı təhdid və şantajlara boyun əyməyəcəklərini, imperialist ekspansionizmə yol verilməyəcəyini dilə gətirib:
"Avropa Birliyi (AB) strateji korluqdan bir an əvvəl xilas olmalı və Şərqi Aralıq dənizinin Kipr və Yunanıstan tərəfindən "qoç başı" kimi isdifadə etməsinə biganə qalmamalıdır. Bütün bölgə ölkələrinin və Şərqi Aralıq dənizi boyunca Kipr türklərin iştirak edəcəyi bir konfrans keçirmək təklifimiz hələ də masadadır".
Qeyd edək ki, Avropa Birliyi ölkələri Türkiyəyə sanksiyalar tətbiq etmək üçün bir araya gəlməyi planlaşdırır.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 7-12-2020, 14:32