Putinin Azərbaycandan əsas istəyi nədir?
“Bakının sülhməramlıların statusunu hüquqi cəhətdən möhkəmləndirməməsi Moskvanı narahat edir. Rusiyanın əsas istəyi sülhməramlıların statusu ilə bağlı Azərbaycan tərəfi ilə hüquqi sənədin imzalanmasıdır”.
Bu fikirləri Qazet.az-a açıqlamasında politoloq Zaur Məmmədov səsləndirib.
“Bu vaxta qədər rəsmi Bakı rus sülhməramlılarının Azərbaycan torpaqlarındakı missiyası ilə bağlı hüquqi sənədlərdən kənar dayanaraq şərtlərinə əməl olunmasını gözləyib. Sülhməramlılar bizim ərazimizdə olduğundan hüquqi sənədin Ermənistana aidiyyatı yoxdur”, – deyə politoloq əlavə edib.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM / SİYASƏT
Tarix: 11-01-2021, 16:36