mobil versiya

Abşeronda qadın tanışı tərəfindən bıçaqlandı



Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

1990-cı il təvəllüdlü Mustafayeva Şəlalə İman qızı tanışı tərəfindən bıçaqlanıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onda qarnın ön divarının bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı cərrahi əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 30-01-2021, 11:22