mobil versiya

Saatlıda toy məclisi təşkil edənlər cərimələndi



Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan REPORTYOR.AZ-a verilən məlumata görə, fevral ayının 2-də Saatlı RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayonun Bəylər kənd sakini B.Ağamirzəyev yaşadığı evin həyətində qonaqların iştirakı ilə gizli şəkildə yığcam toy mərasimi təşkil etdiyi müəyyən edilib.

Məclisin təşkilatçısı və iştirak edənlər barədə inzibati qaydada protokollar tərtib olunaraq cərimə ediliblər.



SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 3-02-2021, 10:30