mobil versiya

Füzulidə yaşadığı ünvanı tərk edən “COVID-19” xəstəsi müəyyən edilib



Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan REPORTYOR.AZ-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində koronavirus testi müsbət çıxmış və ev şəraitində müalicə təyin edilmiş rayon sakini İ.Səfərovun karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk edərək bərbərlik fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib.

Həmin şəxs həkimlərin müşayiəti ilə yaşadığı ünvana geri qaytarılıb.

Füzuli RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 26-12-2020, 21:40