Elməddin: "Məşhur idim, amma kirayə pulumu verə bilmirdim"

Axşam.az xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov "Astar" yutub layihəsində deyib.
Aparıcı Ülvira Qarayevanın suallarını cavablandıran sənətçi yaşadığı çətin anları xatırlayıb:
"Mən piyada gəzəndə heç kim demirdi, piyada gəzir, maşını yoxdur. Amma gedib ölkədən kənarda filmə çəkilirsən, qazanırsan. İndi deyirlər, maşınına bax? 75 dollar maaş alırdım, 130 dollar kirayə pulum idim. 75 dollar 50 manat edirdi, qalanını borcla edirdim. Üzümün suyu gedirdi... Evdə tək deyildim, xanımım, uşağım var idi. Evə bazarlıq etməliydim. Deyirdim ki, rəbbim bir quşu yuvasız qoymur, mənə də ev qismət verəcək. Ev sahibim yaxşı adam idi, gecikdirəndə heç nə demirdi".
Şou-biznes / KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 18-11-2022, 14:50