mobil versiya

AKP-nin nümayəndə heyəti Azərbaycana gəlib


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, səfərdə məqsəd Yeni Azərbaycan Partiyasının 30 illik yubileyinə həsr olunan tədbirlərdə iştirak etməkdir.
Nümayəndə heyətinin tərkibində, həmçinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Orhan Erdem, AK Partinin xarici əlaqələr üzrə sədr müavinləri Mehmet Ceylan, Afif Demirkıran və digər rəsmi şəxslər təmsil olunurlar.
Nümayəndə heyəti Fəxri və Şəhidlər xiyabanlarını, Bakıdakı “Türk şəhidliyi” abidəsini ziyarət edəcək, Azərbaycanın rəsmi şəxsləri ilə görüşəcək.

KARUSEL / SİYASƏT
Tarix: 21-11-2022, 10:31