mobil versiya

Qətlə yetirildiyi deyilən 25 yaşlı qadının ölüm səbəbi məlum oldu



Abşeronda evdən 25 yaşlı qadın meyiti tapılıb.

Abşeron rayon Prokurorluğundan REPORTYOR.AZ-a verilən məlumata görə, 1994-cü il təvəllüdlü Firuzə Verdiyevanın meyiti yaşadığı evdən tapılıb.

Abşeron rayon Polis İdarəsi və rayon prokurorluğu əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Araşdırma zamanı məlum olub ki, F.Verdiyeva epilepsiya xəstəliyindən əziyyət çəkib və 25 yaşlı qadının həmin xəstəlikdən öldüyü müəyyənləşib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, bəzi xəbər saytlarında həmin qadının qətlə yetirildiyi yazılırdı.

KARUSEL / HADİSƏ / ÖLKƏ
Baxılıb: 180 Tarix: 5-12-2019, 15:15



Şərh bildir
yenilə, əgər kod görünmürsə