mobil versiya

Vaqif Əsədovun bölməsində yeni təyinat




Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

"Report” xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru Toğrul Nəsirli vəzifəsindən azad olunaraq, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi (DYP) İdarəsinin bölməsinə inspektor təyin edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, BŞBPİ-nin DYP İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovdur.


SON XƏBƏR / KARUSEL
Tarix: 24-02-2020, 12:20