mobil versiya

Əli İnsanov Müsavata gəldi – Arif Hacılının müşavirəsi başladı – FOTOLAR



Bu dəqiqələrdə Müsavat Partiyasının qərargahında siyasi partiya liderlərinin və siyasətçilərin iştirakı ilə dəyirmi masa keçirilir.

Musavat.com xəbər verir ki, Müsavat Partiyası rəhbərliyinin təşəbbüsü ilə baş tutan tədbirin mediaya açıq olan hissəsində iştirakçılar media üçün tədbirlə bağlı məlumat veriblər.

Giriş sözü ilə çıxış edən Müsavat Partiyasının başqanı Arif Hacılı bildirdi ki, bu tədbirdə Azərbaycanda mövcud ictimai-siyasi durum və bu vəziyyətdən çıxış yolları müzakirə olunacaq. O, tədbirin mediaya açıq olan hissəsində əlifba sırasına uyğun olaraq Dəyirmi Masa iştirakçılarının çıxış edəcəyini dedi.

Musavat.com xəbər verir ki, tədbirdə Müsavat partiyası başqanı, habelə sabiq səhiyyə naziri Əli İnsanov, eks Müsavat başqanı İsa Qəmbər, AXP sədri Pənah Hüseyn, AXCP sədri Əli Kərimli, Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, politoloq Hikmət Hacızadə iştirak edir.
Çıxış üçün ilk söz Ə.İnsanova verilib.

Musavat.com tədbirlə bağlı məlumatları nəzərinizə çatdıracaq.











BANNER / KARUSEL / GÜNDƏM / ÖLKƏ / İDMAN
Tarix: 5-11-2019, 15:01