mobil versiya

Polşa-Azərbaycan yardım layihəsi “Biz kömək etmək üçün buradayıq” – yekun konfransı


 

Silahlı münaqişədən zərər çəkmiş insanlara ünvanlanmış We are here to help (“Biz kömək etmək üçün buradayıq”) Polşa-Azərbaycan layihəsinə yekun vuran konfrans keçirilib.

Layihə 2021-2022-ci illərdə ADRA Polşa və ADRA Azərbaycan Fondları tərəfindən Polşa Respublikası Xarici İşlər Nazirliyinin Polşanın inkişaf əməkdaşlığı proqramı - Polşa Yardımı çərçivəsində həyata keçirilib.

Layihə mülki əhaliyə və hərbi əməliyyatların nəticələrindən zərər çəkmiş insanlara dəstək olmaq məqsədi daşıyıb. Layihəyə reabilitasiya, psixoterapiya, fizioterapiya, əmək terapiyası, nitq və nitq patologiyası, davranış terapiyası və koqnitiv terapiya, tibb işçiləri üçün treninqlər daxil idi, hətta mavi ekranda iştirakda yer aldı - bunların hamısı zərərçəkmişlərin layihədə iştirak etməsinə və   müharibə travmasından vidalaşmaqda kömək edib. Zərərçəkmişlərin həyat keyfiyyətini və rifahını yaxşılaşdırmaq, həmçinin fiziki və ruhi ağrıları azaltmaq və daha yaxşı sabaha inamı bərpa etmək planlaşdırılıb.

Layihə çərçivəsində ümumilikdə 2000-dən çox Azərbaycanlı benefisiar (veteranlar, onların ailələri və hərbi əməliyyatların nəticələrindən zərər çəkmiş digər şəxslər daxil olmaqla) müxtəlif növ yardımlar alıb.

Bakıda keçirilən yekun konfransda layihəni dəstəkləyən qurumların (Azərbaycan Respublikasının Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Nizami, Xəzər və Pirallahı Rayonlarının İcra Hakimiyyətləri, Polşa Respublikasının Bakıdakı Səfirliyi) nümayəndələri və həyata keçirilməsində iştirak edən tibb müəssisələri (Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Suraxanı Reabilitasiya Mərkəzi) yer alıb.


CƏMİYYƏT
Tarix: 4-11-2022, 13:40