mobil versiya

Kanadanın yüksək vəzifəlilərinin mühafizəsi üçün işçi tapılmır



Kanadada ölkənin yüksək vəzifəli şəxslərinin təhlükəsizliyinə cavabdeh olan Kral Atlı Polisinin (KKAP) şəxsi mühafizə bölməsi kadr çatışmazlığı ilə üzləşib.
Məlumata görə, bu səbəbdən baş nazirin, general-qubernatorun, Ali Məhkəmənin hakimlərinin, diplomatların və xarici rəsmilərin təhlükəsizliyini təmin etmək problemə çevrilib. 
“Hətta baş nazir üçün (KKAP xüsusi təyinatlılarında) hazırda kadr çatışmazlığı var”, - deyə hökumət mənbəsindən bildirilib.
O da vurğulanır ki, komanda üzvlərinin işlədiyi saatların sayı normaları üstələyir. Bu da əməkdaşların psixologiyasına mənfi təsir edir.
İctimai xadimlərə qarşı artan təhdidlər fonunda kifayət qədər mühafizə üzrə işçilərin işə götürülməsi və ixtisasına görə yetişdirilməsi illər çəkəcək deyə, KKAP yaxın mühafizə bölməsi üçün hökumətdən əlavə maliyyə tələb edib.
Mənbə: CBC

DÜNYA
Tarix: 27-10-2022, 14:47