Bütün ətrafın roşniyə (işığa) büründüyü Divali bayramı
Divali bayramında qəlblər Nizaməddin ziyarətgahındanur tapır
(Dr Şücaat Əli Quadri)
Dini bayramlar sosial mənşəyindən və inancından asılıolmayaraq insanları yaxınlaşdırır. Bayram vaxtı insanlarsavaşmaq əvəzinə qəlblərində bir-birini bağışlayaraq, birlikdəsevinir və bayram edirlər. Dehlidəki Həzrət NizaməddinÖvliya ziyarətgahı da Divali bayramı ərəfəsində və bayramgünü belə bir əhval-ruhiyyənin hökm sürdüyü mərkəzəçevrilir.
Bazar ertəsi günü bütün Hindistanın şənliklər keçirdiyi birvaxtda Həzrət Nizaməddin ziyarətgahı işıqlarla və diyaadlanan gil çıraqlarla bəzədilmişdi. Uzaq yerlərdən gələninsanlar ziyarətgahın hər küncündə bu çıraqları yandırıb, ölkədə əmin-amanlıq üçün dualar edirdilər.
Ziyarətgahın rəhbəri Nazim Nizaminin dediyinə görə, hindular hər il “Eid əl Çarağan” kimi tanınan işıq bayramınıqeyd etmək üçün ziyarətgaha gələrək burada Divali çıraqlarınıyandırır və şirniyyatlar paylayırlar. “Onlar, həmçinin HəzrətNizaməddinin xeyir-duasını almaq üçün diyaları və ya şamlarıevlərinə aparırlar”, - o deyib.
Divali ziyarətgahının tarixi və ruhu
Nazim Nizami deyir ki, Divalinin bu ziyarətgahdakeçirilməsinin tarixi elə ziyarətgahın özü qədər qədimdir.
“Lakin ziyarətgah bu bayramı özü təşkil etmir. Hindu qardaşlar öz istəkləri ilə bura gəlir, diyaları yandırır vəşirniyyat paylayırlar. Yerli sakinlər onlara kömək edir vəonların bayramlarına qoşulurlar, çünki bu, ürəkdən gələn birjestdir, sevgi və qardaşlıq hisslərini yaymaq məqsədi daşıyır. Onlar bu münasibətlə Həzrət Nizaməddindən xeyir-dua diləyirvə ziyarətgahın ətrafını işıqlarla bəzələyirlər. Divalibayramında bütün ətraf roşniyə (işığa) bürünür. Bu isə gözəlmənzərə yaradır”, - deyə Nizami bildirib.
Nizami əlavə edir ki, bir çox hindular evlərinə bir və ya ikidiya aparırlar, çünki onlar bununla Övliyanın onlarınbayramlarına xeyir-dua verəcəyinə inanırlar.
Bəziləri inanır ki, ziyarətgahda çıraqların (diyaların) yandırılması orta əsrlərdə müxtəlif padşahlar və yerli qəbiləbaşçılar arasında gedən müharibələr zamanı sülhə çağırış kimibaşlayıb.
Tarixçi Xoca Əhməd Nizami Həzrət Nizaməddin haqqındayazdığı dastanında Divali (Caşn-e-Çarağan və ya Roşni-e-Zeest) bayramını qeyd etmişdir.
Məhbub-i İlahi adı ilə tanınan Xoca Nizaməddin Əvliyəninşagirdi sufi şairi Əmir Xüsrav sevimli Əvliyəsi ilə birlikdəRəng bayramına aid farsca, eləcə də brac dilində çoxsaylışeirlər yazıb.
O, pəhləvi dilində yazdığı üç misradan ibarət şerində həmRəng bayramı, həm də Roşni-e-Zeest, yəni Divali bayramınınonun qəlbinə yaxın olduğunu qeyd edir:
Bir bayram həyatın rənglərini
Digəri isə həyatın işığını göstərir
Bu iki bayram buna görə çox əzizdir mənim üçün
Lakşmi Puca bayramında ziyarətgahın cığırları boyunca vəmüsəlmanların çadırlarının ətrafında çıraqlar yandırılır. Mavzoley təkcə Lakşmi Puca bayramında deyil, həm də Bhai Duc və digər dini günlərdə parlaq rəngli paltarlar geyinmişinsanlarla dolu olur.
Ziyarətgahda, həmçinin çıraqların işıqları altında Dua-e-Roşni, yəni işıq duaları oxunur.
Qeyri-müsəlman dindarların münasibəti
Divalidən bir gün əvvəl çıraqları ilə ziyarətgaha gəlmiş birneçə qeyri-müsəlman dindar “Times of India” qəzetinəmüsahiblərində Nizaməddinə olan sevgilərinin onlar üçünşəxsi olduğundan adlarının çəkilməsini istəməyiblər. Lakinonlar bildiriblər ki, onların ziyarətgaha gəlməsi dinlə bağlıdeyil.
“Əsas məqsəd başqa heç bir yerdə tapılmayan sülhü buradatapmaqdır. Bunu yalnız yaşamaq lazımdır – bu təsvir ediləbilinməyən bir hissdir”, - onlardan biri deyib.
Başqa bir hindu ziyarətçi isə gildən hazırlanmış çırağıyandıraraq əlavə edir: “Nizaməddin ziyarətgahında işıq hamıüçün parlayır.”
Sufi övliyasının dəfn olunduğu yer həmişə müxtəlif dinlərdənolan insanları özünə cəlb edib. Nizami deyir: “Müxtəlifdinlərdən olan insanlar Divali bayramı ilə yanaşı digərgünlərdə də Məhbub-e İlahi (Allahın sevimlisi) XocaNizaməddin Övliyaya öz məhəbbətlərini ifadə etmək üçünbayram əhval-ruhiyyəsi ilə buraya gəlirlər. Hətta Basant(Çərpələng) festivalında da burada müxtəlif dinlərdəninsanları cəlb edən proqramlar təşkil olunur”.
“Sufilər Hindistana gələndən bəri biz hamıya yalnız qida, xoşniyyət, birgə yaşamağı və birgə şənliklər təşkil etməyi təklifetmişik. Biz bunu davam etdirəcəyik”, - o deyir.
(Müəllif Hindistanın Müsəlman Tələbələr Təşkilatının sədri vəicma rəhbəridir)
DÜNYA
Tarix: 27-10-2022, 17:37