mobil versiya

Gürcüstan rusiyalı kişilər üçün sərhədi bağlaya bilər



Sentyabrın 26-dan rusiyalı kişilərin Gürcüstana girişi qadağan oluna bilər.
“Report” xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin üzvü, müxalif siyasətçi Nona Mamulaşvili Ukraynanın “Freedom” telekanalının efirində bildirib.
N.Mamulaşvilinin sözlərinə görə, bir neçə gündür Gürcüstana gedən Rusiya Federasiyası vətəndaşlarının axını böyük olaraq qalır.
Deputat qeyd edib ki, Gürcüstan hökuməti bu vəziyyətlə bağlı hələlik heç bir tədbir görməyib. Eyni zamanda, o bildirib ki, hakimiyyət bazar ertəsindən etibarən ölkə sərhədlərini bağlamağı vəd edir.
“Bazar ertəsindən Gürcüstan 18 yaşdan 55 yaşa qədər kişilər üçün sərhədləri bağlayır”, - deyən Mamulaşvili bu qərarın hələ rəsmi olaraq verilmədiyini vurğulayıb.

GÜNDƏM / SİYASƏT / DÜNYA
Tarix: 26-09-2022, 10:33