Ümidsiz avropalıların SON ÇARƏSİ - Dünyanın ən qədim yanacağına ÜZ TUTDULAR
Rusiyanın Ukraynaya qarşı apardığı müharibə ilə başlayan enerji böhranı Avropaya dərindən təsir göstərməkdə davam edir.
Ən pis qışa hazırlaşan Avropa bir sıra tədbirlər üzərində işləyir. Bu planlar çərçivəsində vətəndaşlar davamlı olaraq qənaətə çağırılır. Əhali isə çarəni kömürdən, odundan istifadə etməkdə görür.
Musavat.com xəbər verir ki, “Bloomberg” bu vəziyyəti oxucularına “Ümidsiz avropalılar isinmək üçün dünyanın ən qədim yanacağına üz tutur” başlığı ilə oxucularına çatdırıb.
Sözügedən xəbərdə aşağıdakı ifadələr yer alıb:
“Fransada odunun qiymətləri təxminən iki dəfə artaraq bir ton üçün 600 avroya çatıb. Macarıstan ixracı qadağan edəcək qədər irəli getdi, Rumıniya isə altı ay ərzində odunun qiymətlərini məhdudlaşdırdı”.
Avropada dünyanın təməl yanacağının sürətlə alındığına dair işarələrin olduğunu vurğulayan “Bloomberg” tələbatın çox olması səbəbindən odun sobalarının çatdırılmasının aylarla çəkə biləcəyini ifadə edib.
Məlumatda, həmçinin aşağıdakı şərhə yer verilib:
"Enerji böhranı yaşayış xərclərinin artımını gücləndirir, çünki avro bölgəsində inflyasiya sentyabrda ilk dəfə olaraq ikirəqəmli qiymətə çatıb".
Musavat.com
GÜNDƏM
Tarix: 10-10-2022, 16:50