BMT İranda insan hüquqları pozuntularını araşdırmaq üçün missiya yaradır

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ və digər Qərb dövlətləri tərəfindən irəli sürülən bu sənəd 47 nümayəndə heyətindən 25-i tərəfindən bəyənilib, altı ölkə qətnamənin əleyhinə səs verib, 16 dövlət isə bitərəf qalıb.
Qətnamədə bildirilir ki, Şura müstəqil faktaraşdırıcı missiya yaratmaq qərarına gəlib. Onun vəzifəsi 2022-ci il sentyabrın 16-da başlayan etirazlarla bağlı İranda insan hüquqlarının pozulmasını hərtərəfli və müstəqil şəkildə araşdırmaq olacaq. Missiya mümkün pozuntularla bağlı faktları və şəraiti müəyyən etməli, həmçinin sübutları toplamalı, təhlil etməlidir.
Şuranın 2023-cü ilin yayında baş tutacaq 53-cü sessiyasında bununla bağlı hesabat təqdim ediləcək.
GÜNDƏM / DÜNYA
Tarix: 25-11-2022, 10:47