"Qarabağ"la matçdan sonra çalışdıq ki... - Cirotto

Axar.az xəbər verir ki, Cirotto Fransa Liqasında "Lans"la keçirilən matçdan (0:0) sonra yerli mətbuata açıqlamasında bu barədə deyib.
"Vacib xal qazandıq. "Qarabağ"la matçdan sonra toparlanmağa çalışdıq. Artıq irəli baxmaq lazımdır. Hər iki kollektiv yaxşı oynadı. Evdə qalib gəlmək istəyirdik. Bu komandaya qarşı bir xal qazanmaq yaxşı nəticədir", - A.Cirotto vurğulayıb.
Xatırladaq ki, "Qarabağ" Bakıda "Nant"a 3:0 hesabı ilə qalib gəlib.
İDMAN
Tarix: 20-09-2022, 10:57