Rusiyada qəribə olay: Braziliyalı oyunçusunun formada adını dəyişdilər
Rusiyanın “Lokomotiv Moskva” futbol klubunun bu günlərdə atdığı addım hər kəsin marağına səbəb olub.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, klub rəhbərliyi bu ilin sentyabr ayında Braziliyanın “Amerika Mineyro” klubundan transfer etdiyi “Pedrinyo” olaraq bilinən Pedro Qabryel Pereyra Lopesə qəribə tələb irəli sürüb. Onlar braziliyalı oyunçunun formasında isminin başqa cür göstərilməsini istəyiblər. Əslində, burada qəribə heç bir şey yoxdur.
Yalnız bilindiyi üzrə braziliyalı oyunçuların əsl adları çox uzun olduğu üçün onlar adətən xüsusi ləqəblə və ya soyadları ilə çıxış etməyə üstünlük verirlər. “Lokomotiv” rəhbərliyi isə futbolçunun özünə “Pedrinyo” adının Rusiyada homoseksual mənanı xatırlatdığını deyib və onu formada “Pedro Qabriyel” kimi göstərib. Hadisəni futbolçunun özü də mediaya verdiyi müsahibədə təsdiqləyib.
Rusların bu “həssaslığı” sosial şəbəkələrdə lağ-lağı və məsxərəyə səbəb olub. İstifadəçilər (xüsusilə ukraynalılar) ruslardan əgər isimlər bu məqsədlə dəyişdiriləcəksə, ilk öncə müdafiə nazirinin (Sergey) adından başlamalarını məsləhət görüblər.
İDMAN
Tarix: 31-10-2022, 17:30