mobil versiya

UEFA növbəti dəfə “Qarabağ”la bağlı paylaşım etdi



UEFA növbəti dəfə Azərbaycan təmsilçisi “Qarabağ”la bağlı paylaşım edib.
“Qafqazinfo” xəbər verir ki, qurum Avropa Liqasının tviter hesabında Azərbaycanın turnirin qrup mərhələsindəki təmsilçisinin fotolarını izləyicilərə bölüşüb.
Paylaşımda Ağdam təmsilçisinin Misli Premyer Liqasında bu mövsüm keçirdiyi 11 matçın hamısında qalib gəldiyi vurğulanıb.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsində 5 matçdan 2-də qələbə qazanıb, 1-də heç-heçə edib, 2-də isə uduzub.

İDMAN
Tarix: 2-11-2022, 16:38