Rəfael Cəbraylov mandatdan imtina etdi
Milli Məclisin payız sessiyasının ilk iclası keçirilir. Spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən plenar iclasda əvvəlcə dövlət himni oxundu. Sədr payız sessiyasının başlanması münasibətilə deputatları təbrik etdi, jurnalistləri salamladı.
Milli Məclisin yaz və növbədənkənar sessiyalarını uğurla başa çatdırdığını deyən O.Əsədov dedi ki, parlamentin 17 iclası keçirilib. Parlament xəttilə xarici səfərlər və ölkəmizdə keçiilən toplantılar barədə məlumat verən sədr bildirdi ki, payız sessiyasında dövlət büdcəsi haqqında qanun layihəsi və büdcə sərfindəki qanun layihələrinin qəbul olunacağını bildirdi.
Spiker O.Əsədov dedi ki, son günlər deputat Rəfael Cəbrayılov barədə mətbuatda çoxlu yazılar yazılıb. Sədr bildridi ki, R.Cəbrayılov özü Milli Məclisə müraciət edib. Müraciəti komitə sədri Əli Hüseynli oxudu. Bildirdi ki, R.Cəbraylov mandatdan özü imtina etməsi ilə bağlı müraciət edib. O, seçicilərindən üzr istəyərək bu qərarı verib.
Ə. Hüseynli dedi ki, Milli Məclis qərar qəbul etmir, MSK-ya göndərir.
Siyavuş Novruzov dedi ki, məsələ hüquq çərçivəsində həllini tapıb. Ona görə də bu məsələnin müzakirə olunmasına ehtiyac yoxdur. “İstefa da bir mədəniyyətdir”, - S.Novruzov dedi.
Spiker də müraciətin MSK-ya göndəriləcəyini dedi.
KARUSEL / GÜNDƏM / HADİSƏ / ÖLKƏ
Tarix: 30-09-2019, 12:27