Milli Məclisin deputatlarının tətil müddəti başa çatıb
Milli Məclisin deputatlarının tətil müddəti başa çatıb. APA-nın məlumatına görə, Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq iyulun 15-də başlayan tətil avqustun 30-da yekunlaşıb.
Qanunvericiliyə əsasən, sentyabrın 15-dən etibarən parlamentin komitələri fəaliyyətə başlayacaq. Parlamentin ilk plenar iclası isə sentyabrın 30-da keçiriləcək.
Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.
Mirmahmud Kazımoğlu /APA/
SİYASƏT / ÖLKƏ / CƏMİYYƏT

Tarix: 30-08-2019, 09:51