Ukraynanın vəziyyəti çox ağırlaşıb - Tofiq Zülfüqarov
“Ukraynanın ərazilərinin böyük bir hissəsi işğal altındadır və əraziləri azad etmək imkanları yoxdur”
Bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Bakupost.az -a açıqlamasında deyib.
Onun sözlərinə görə yaxın gələcəkdə Ukraynanın vəziyyəti çox ağırlaşa bilər:
“Rusiyanın məğlubiyyəti və Ukraynanın zəfəri gələcəkdədir. İndiki mərhələdə isə Rusiya artıq Dontetsk və Luqansk vilayətlərini ələ keçirib və Kırıma qədər olan əraziləri də işğal altında saxlayıb. Yəni, quru yol ilə Kırıma qədər getməyə imkanı var. Bu baxımdan Ukraynanın vəziyyəti çox ağırdır. Ona görə ki, ilkin mərhələdə Ukrayna tərəfi daha çox hərbi əməliyyatlarda partizan üsulundan istifadə edir və ağır zərbələr endirirdi. Amma ikinci dövrdə Rusiya taktikanı dəyişib, genişmiqyaslı hərbi əməliyyatlar aparır. Bu taktikaya qarşılıq vermək üçün nisbətən Ukraynanın imkanları məhduddur. İndiki məqamda Ukraynanın hərbi vəziyyəti çox ağırdır. İstisna etmirəm ki, yaxın zamanlarda Rusiya və Ukrayna arasında atəşkəs rejimi əldə olunacaq”.
T. Zülfüqarov Qərbin Ukraynaya silah yardımı ilə bağlı məsələyə də toxunub:
“Təssüflər olsun ki, Qərbin silahları və lend-liz deyilən köməklər gec qəbul olunub. Onun gətirilib istifadəsi üçün aylar tələb olunacaq. Həmçinin Ukraynanın ərazilərinin böyük bir hissəsi işğal altındadır və əraziləri azad etmək imkanları yoxdur. Yaxın gələcəkdə hansısa mərhələdə müvəqqəti olaraq atəşkəs rejimi bərqərar olacaq. Amma münaqişə uzun müddət qalacaq. Atəşkəsin əldə olunması heç bir siyasi məqsədləri həll etməyəcək. Yaxın gələcəkdə mən Ukraynanın vəziyyətini çox ağır görürəm. Amma atəşkəs dövründən sonra dövlətlərin köməyi, ordunun yenidən yaradılması məsələsi önə çıxaracaq ki, yalnız 10 illər sonra Ukraynanın ərazi bütövlüyü bərpa olunacaq. İndiki məqamda isə bunu görmürəm”.
KARUSEL / SİYASƏT
Tarix: 23-05-2022, 14:22