Daha bir erməninin vəhşiliyinə rus sülhməramlıları göz yumdu - VİDEO
Laçının Zabux kəndində qanunsuz yaşayan daha bir erməni “sakin” ərazini tərk etməzdən əvvəl indiyə kimi məskunlaşdığı evi yandırıb.
REPORTYOR.AZ Ermənistan KİV-nə istinadən xəbər verir ki, o bu addımını azərbaycanlılara nifrətinə görə atdığını qeyd edib. Qəribədir ki, ərazidəki rus sülhməramlıları onun bu vəhsiliyinə mane olmaq əvəinə gö yumublar.
"Buradan rahat getmək üçün hər şeyi yandırıram. Bütün bunlar türkə qalsa, o zaman rahat olmayacam”, - deyə Zabuxdan çıxan erməni videomüraciətində bildirib.
Bu, Zabuxda ikinci haldır ki, təxliyədən əvvəl erməni azərbaycanlılara qalmasın deyə yaşadığı evi yandırır.
Xatırladaq ki, Azərbaycan tərəfi Laçın rayonunun Zabux və Sus kəndlərində, Laçın şəhərində qanunsuz yaşayan ermənilərə həmin əraziləri boşaltmaq üçün avqustun 25-nə kimi vaxt verib.
Ermənilər bu tələb qarşısında Laçını tərk etməyə başlayıblar.
KARUSEL / HADİSƏ
Tarix: 19-08-2022, 14:15