"Azərbaycan-Koreya əlaqələri bundan sonra yüksələn xətlə inkişaf edəcək" - Adil Əliyev
Diplomatik münasibətlərinin 30 ili tamam olan Azərbaycan-Koreya əlaqələri bundan sonra yüksələn xətlə inkişaf edəcək.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Koreya Respublikasının nümayəndə heyəti ilə dekabrın 14-də keçirilən görüşdə deyib.
Milli Məclis sədrinin müavini artan ticarət dövriyyəsi və digər sahələrdə ikitərəfli əməkdaşlıq əlaqələrinin öz bəhrəsini verdiyini diqqətə çatdırıb.
Ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsi üçün potensial imkanlardan istifadə edilməsinin vacibliyini vurğulayan Adil Əliyev Azərbaycanın Zəfərindən sonra regionda yeni reallıq yaratdığını qeyd edib. Bildirib ki, üçtərəfli Bəyanatın şərtlərinə əməl etməyən Ermənistan sülh sazişinin imzalanmasından yayınır, sülh təhlükəsizliyinin təmin olunmasına cəhd göstərmir, ölkəmizə qarşı təxribatları davam etdirir.
Milli Məclis sədrinin müavini ermənilərin hələ də ölkəmizə qarşı ekoloji terroru davam etdirdiyini diqqətə çatdırıb.
KARUSEL / SİYASƏT
Tarix: 14-12-2022, 13:27