mobil versiya

Bakıda Birinci Braziliya KlassiIk Musiqi Festivalı keçirilib



Braziliyanın Müstəqilliyinin 200 illik yubileyi ilə bağlı Bakıda Birinci Braziliya KlassiIk Musiqi Festivalı keçirilib. Bu ölkənin Azərbaycandakı Səfirliyi ən tanınmış Braziliya bəstəkarlarının ifasını ehtiva edən üç konsert proqramı təşkil edib.

Reportyor.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunan tədbiri giriş sözüylə açan Səfir Manuel Monteneqro deyib ki, festival son bir neçə ildə Brazilya Xarici İşlər Nazirliyinin Gimaraes İnstitutu və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Brazilyanın Bakıdakı Səfirlilyi və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası arasında yaradılmış uğurlu amakdaşlığın addımlarıdır: "200 illik suveren xalqımızın şərəfinə festivalın üç konserti 19-cu əsrdən başlayaraq mədəniyyətimizin ümumi tendensiyalarını əks etdirən klassik musiqimizin necə inkişaf etdiyini Azərbaycan ictimaiyyətinə çatdıracaq. Bunu həyata keçirmək üçün ifa olunacaq əsərlər Braziliya musiqi tarixi üzrə görkəmli mütəxəssis, professor Maurisio Monteyro tərəfindən diqqətlə tərtib və şərh edilib"

"Bakıda keçirilən Birinci Braziliya KlassiIk Musiqi Festivalını reallaşdıran Azərbaycanın diqqətəlayiq fərdi va kollektiv musiqiçilərini xüsusi qeyd etmək istərdim" deyən diplomat, Azərbaycan Dövlət Simli Kvartetinin, Azərbaycan Dövlət Fortepiano Triosunun, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin üzvlərinə və onun bədii rəhbəri, baş dirijoru, maestro Fəxrəddin Kərimova belə bir tədbirə yüksək səviyyədə töhfə verdiklərin görə, minnətdarlığını bildirib. 

Səfir deyib ki, Azərbaycanda müstəqilliklərinin musiqi vasitəsilə yad edilməsi ikitərəfli münasibətlərin inkişafinda mədəni mübadilələrin əhəmiyyətini vurğulayır: "Bizim cəmiyyətlərimiz musiqimizin əks etdirdiyi və təbliğ etdiyi əsas ümumi dəyərləri və istəkləri bölüşür".


O, Braziliya musiqisinin müxtəlif janrlarının azarbaycanlılar arasında populyar olduğunu da xüsusi vurğulayıb. 

"2022-ci ildə əsas  Azərbaycanlı tərəfdaşlarımız ilə əməkdaşlıq
edərək biz artıq iki konserti Azərbaycan ictimaiyyətinə təqdim etmişik. Keçən ilin yayında Beynalxalq Muğam Mərkəzində
ənənəvi "Choro" janrı üzərində araşdırma aparan və ifa edən musiqiçilərdən ibarət "Choronas" kvarteti çıxış edib, 17-ci
Beynəlxalq Bakı Caz Festivalında isə Heloisa Lourenço və onun kvartetinin gözəl Bossa Nova ifalarına ölkə ictimaiyyəti heyran oldu".  
Səfir əlavə edib ki, Bakıda keçirilən Birinci Braziliya Klassik Musiqi Festivalı da öz növbəsində 19-20-ci əsrlərin Braziliya klassik bəstəkarlarının seçilmiş əsərlərini Azərbaycana gətirir. 
Daha sonra Braziliyanın məşkur klassikləri Antonio Karlos Qomes, Eytor Villa Lobos, Alberto Nepomuceno, Harri Kroul və digərlərinin məşhur əsəsləri səsləndirilib. 


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 19-12-2022, 10:28