"Neftçi" xorvatiyalı qapıçıya yeni müqavilə təklif edəcək

"Report"un "vecernji.hr" saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi xorvatiyalı qolkiperi heyətində saxlamaq istəyir.
27 yaşlı çərçivə qoruyucusunun çıxışından razı qalan "ağ-qaralar" onu buraxmaq niyyətində deyil.
Qeyd edək ki, bu ilin yanvarından "Neftçi"də çıxış edən İvan Brkiçin Bakı klubu ilə cari mövsümün sonunadək müqaviləsi var.
KARUSEL / İDMAN
Tarix: 21-12-2022, 16:29