mobil versiya

Azsaylı xalqlarla bağlı ötən il 10 sənədli film hazırlanıb



2022-ci ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) tərəfindən Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyətini və tarixini əks etdirən (ingilis dilində altyazı ilə) on sənədli film hazırlanıb, televiziya və sosial şəbəkələr vasitəsilə geniş yayılıb.
Bu barədə məlumat BBMM-in 2022-ci ilin yekunlarına dair hesabatında yer alıb.
Bildirilib ki, 2022-ci il ərzində Mərkəzin Azərbaycan multikulturalizmi ilə bağlı müxtəlif dillərdə məqalələri ABŞ, Türkiyə, Belçika, Almaniya, Türkmənistan, Pakistan, Rumıniya, İsrail, Ukrayna, İraq, Mərakeş, Küveyt, İordaniya və Misirin xəbər portallarında dərc edilib.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 5-01-2023, 16:09