mobil versiya

Daxili Qoşunların Hərbi Şurasının növbəti toplantısı keçirilib



Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların Baş İdarəsində “2022-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr haqqında” Hərbi Şuranın iclası keçirilib.

İclasda çıxış edən Hərbi Şuranın sədri, daxili işlər nazirinin müavini - daxili qoşunların komandanı general-leytenant Şahin Məmmədov Daxili Qoşunların şəxsi heyətinin ötən il ərzində təhlükəsizliyin təmin olunması, mühüm obyektlərin mühafizəsi, eləcə də digər vəzifələri, işğaldan azad edilmiş ərazilər üzrə müəyyənləşdirilmiş tapşırıqları icra etdiyini diqqətə çatdırıb.
Ötən ilin xidməti-döyüş fəaliyyətinin yekunları barədə Daxili qoşunlar komandanının birinci müavini - qərargah rəisi general-mayor Tofiq Hüseynov məruzə ilə çıxış edib.
Qeyd olunub ki, il ərzində Daxili Qoşunlar “Texnofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının, Formula-1 Azərbaycan Qran-Pri yarışının və digər mühüm beynəlxalq səviyyəli tədbirlərin, futbol oyunlarının keçirilməsi zamanı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunmasına cəlb olunub. Bu tədbirlər zamanı, həmçinin işğaldan azad olunmuş ərazilərdə hərbi hissələrin istehkamçı yarımqrupları tərəfindən də onlara həvalə edilmiş aidiyyəti xidməti-döyüş tapşırıqları uğurla yerinə yetirilib.
KARUSEL / CƏMİYYƏT
Tarix: 12-01-2023, 15:03