Türkiyə Ukraynanın Lvov şəhərində Fəxri Konsulluq açmağı planlaşdırır
Türkiyə Ukraynanın Lvov şəhərində Fəxri Konsulluq açmağı planlaşdırır.
Bu barədə Türkiyənin Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Yağmur Güldere məlumat verib.
Onun sözlərinə görə, Lvov Türkiyənin beynəlxalq əməkdaşlığının ən əhəmiyyətli regionlarındandır: “Fəxri konsulluğun açılması birgə layihələrin həyata keçirilməsinə, beynəlxalq əlaqələrin möhkəmlənməsinə töhfə verəcək”.
Diplomatik qurumun bu il fəaliyyətə başlaması planlaşdırılır. (Report.az)
KARUSEL / DÜNYA
Tarix: 12-01-2023, 18:29