mobil versiya

Yanvar ayının pensiyaları bu tarixdə veriləcək




Respublika üzrə pensiyaların ödənilməsi yanvar ayının 17-si tarixinə nəzərdə tutulub.

Bu barədə Dövlət Sosial Müdafiə Fondu bildirib.
Xəbərdə deyilir ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.
Qeyd edək ki, ümumi əsaslarla pensiya təyin olunmuş pensiyaçılara ötən il verilən maddi yardımın (200 manat) hər aya düşən məbləği də bu ilin əvvəlindən onların pensiyalarına əlavə edilib və yanvar ayının pensiyaları həmin artımlarla birgə ödənilir.

KARUSEL / SOSİAL
Tarix: 16-01-2023, 11:13