mobil versiya

Eldar Quliyevin iş otağı yaradıcılıq otağına çevrilib



Artıq bir müddətdir ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında tanınmış kino xadimlərinin vaxtilə çalışdıqları iş otaqlarının yaradıcılıq otaqlarına çevrilməsi ilə bağlı təşəbbüs həyata keçirilir.

Kinostudiyanın İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən  bildirilib ki, bu gün görkəmli kinorejissor, Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli Eldar Quliyevin iş otağı sənətkarın doğum günü münasibətilə geniş ictimaiyyətin ziyarət məkanına çevrilib.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 18-01-2023, 15:13