Əhməd Cavad haqqında film çəkildi
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC Azərbaycan Xalq Cümhuriyyətinin və müstəqil Azərbaycan Respublikasının Dövlət himninin sözlərinin müəllifi Əhməd Cavadın xatirəsinə film hazırlayıb.
QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin məlumatına görə, QSC-nin İctimai-siyasi proqramlar studiyasının tarix şöbəsi tərəfindən repressiya qurbanları haqqında “İş nömrəsi” adlı silsilə filmlərin çəkilişlərinə start verilib.
Filmdə Əhməd Cavadın repressiyaya məruz qalmasından, çətin həyatından bəhs edilib. Sənədli filmdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Ə.Cavadın nəticəsi, tarixçi Nəsiman Yaqublu və digərləri iştirak edib.
Filmin ssenari müəllifi Mahir Qəribov, rejissoru isə Əli Mikayılovdur.
“İş № 1112” filmi 18 yanvar saat 22:20-də AzTV-də yayımlanacaq.
KARUSEL / MƏDƏNİYYƏT

Tarix: 18-01-2023, 20:59