Dahi şairin İstanbulda 130 illiyi qeyd olunub
Türkiyənin İstanbul şəhərində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbir Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) və “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Dərnəyinin təşkilatçılığı ilə baş tutub.
Öncə istiqlal şairinin həyatının müxtəlif dövrlərini əhatə edən fotosərginin açılış mərasimi keçirilib. İki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan mərasimdə Azərbaycanın İstanbuldakı Baş konsulluğunun konsulu Sevinc Süleymanova, “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Dərnəyinin sədr müavini Letafet Refiq, TADEF sədrinin müavini Pərviz Məmmədzadə, Şişli bələdiyyə sədr müavini Ömer Lütfi Özenç çıxış ediblər. Natiqlər ölkələrimiz arasındakı tarixi bağlardan, Azərbaycanın ədəbi-bədii fikir tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustadlarından biri olan Əhməd Cavadın bu bağların möhkəmləndirilməsindəki rolundan danışıblar.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 29-12-2022, 17:29