mobil versiya

Özbəkistanda Şuşa haqqında kitabın təqdimatı olub



Özbəkistan Respublikasının Gənclər İşləri Agentliyində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi "Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına" layihəsi çərçivəsində çap olunmuş eyniadlı kitabın təqdimatı keçirilib.

Dünya Gənc Türk Yazarlar Birliyindən bildirib ki, tədbirdə Özbəkistanın gənc oxucuları, media nümayəndələri, tələbələr iştirak ediblər.
Tədbirdə Özbəkistan Respublikasının Gənclər İşləri Agentliyinin direktor müavini Dilnoza Kattaxanova ölkələrimiz arasında bütün sahələrdə yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin olduğunu vurğulayıb. Bu tədbirin də qardaş xalqlar arasındakı ədəbi-mədəni əlaqələr baxımından yüksək əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, layihə rəhbəri İntiqam Yaşar çıxışında Özbəkistan Respublikası Gənclər İşləri Agentliyinə ev sahibliyi üçün təşəkkür edib. O, Şuşa ilə bağlı həyata keçirilən layihə çərçivəsində çap olunmuş kitabda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası yazarlarının Şuşa ünvanlı, bir-birindən gözəl yazılarının yer aldığını söyləyib.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 26-01-2023, 12:34