“Azərbaycan səfirliyinə hücumdan şoka düşmüşük”- Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanın Tehrandakı səfirliyinə hücum zamanı bir təhlükəsizlik əməkdaşının öldürülməsindən şoka düşdüyünü deyib.
O, azərbaycanlı həmkarlarına başsağlığı verib və bildirib ki, hadisə ilə bağlı ətraflı şərh daha sonra dərc olunacaq.
“Azərbaycan səfirliyinə növbəti hücum zamanı bir təhlükəsizlik əməkdaşının həlak olması bizi şoka salıb. Azərbaycanlı həmkarlarımıza başsağlığı və dəstəyimizi bildiririk! Məsələ ilə bağlı ətraflı şərh verəcəyik”, – Zaxarova qeyd edib.
KARUSEL / GÜNDƏM
Tarix: 27-01-2023, 11:43