İdmançımız Türkiyədə keçirilən Prezident kubokunun qalibi olub
Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Türkiyədə keçirilən Prezident kubokunu qızıl medalla başa vurub.
58 kq çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərinə qalib gələrək, İstanbulda ölkəmizin Dövlət Himnini səsləndirib. 1/16 final mərhələsindən mübarizəyə başlayan taekvondoçumuz ilk döyüşündə Böyük britaniyalı Xames Makentoşu yarışdan kənarlaşdırıb. O, daha sonra bolqarıstanlı Xristo Boqdanova qalıb gəlib. Qaşım 1/4 finalda Qalqeri Səlimlə (Macarıstan) üz-üzə gəlməli olsa da, rəqib dayanqa çıxmayıb. Maqomedov yarımfinalda türkiyəli Mehmet Çiçəkgüllə üz-üzə gəlib. Qələbə qazanan təmsilçimiz finala yüksəlib.
Həlledici görüşdə də Qaşımın rəqibi türkiyəli taekvondoçu olub. Ahmet Karadaş üzərərində inamlı qələbə qazanan millimizin üzvü çempion tituluna yiyələnib.
Qeyd edək ki, yığma ardınca Türkiyə açıq çempionatında iştirak edəcək.
KARUSEL / İDMAN
Tarix: 6-02-2023, 10:02