mobil versiya

Xocəsən yolunda avtobus yanıb



Baş Dövlət Yol Polisi İdarəsi Xocasən yolunda avtobusun yanması ilə bağlı açıqlama verib.
İdarənin şöbə rəisi Rövşən Tağıyevin verdiyi məlumata görə, bu gun saat 07:45 radələrində 596 nömrəli marşrut xətti üzrə Xocəsən dairəsindən Meyvəli bazarı istiqamətinə hərəkətdə olan İVECO OTOYOL markalı 90 LR 327 nömrə nişanlı avtobus ilkin məlumata görə mühərrikində baş vermiş qısa qapanma səbəbindən yanıb. Hadisə nəticəsində ölən və xəsarət alan olmasa da, avtobus yararsız hala düşüb.
Hadisə yerinə dərhal yaxınlaşan YPX əməkdaşları sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin ediblər. Yanğın qısa müddət ərzində söndürülüb. Qeyd olunan yerdə hərəkət bərpa olunub.

KARUSEL / HADİSƏ
Tarix: 7-03-2023, 11:03