Qobustan qoruğunda Novruz şənliyi keçiriləcək

Qoruqdan bildirilib ki, tədbir meydanında qurulan çadırlarda Azərbaycanın zəngin mətbəxini, xalqımızın etnoqrafiyasını əks etdirən nümunələr və bayram atributları nümayiş olunacaq.
Ozan baba və Bahar qızın gətirdiyi məşəllə dəvətlilərin iştirakı ilə bayram tonqalı yandırılacaq. Aktyorların ifasında səhnəciklər, pəhləvan və kəndirbazların çıxışları, uşaqlar üçün kəndirdartma oyunları, musiqiçilərin təqdimatında konsert proqramı iştirakçılarda xoş bayram ovqatı yaradacaq. Tədbirdə həmçinin əl işlərindən ibarət rəsm sərgisi təşkil olunacaq, satış yarmarkası keçiriləcək.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 16-03-2023, 12:49