"Müasir dünyada çoxsaylı çətinlik və böhranlar bir-birinə qarışıb" - Çin lideri
Çin Xalq Respublikasının (ÇXR) Sədri, Çin Kommunist Partiyasının (ÇKP) Baş Katibi Si Cinpin dünya siyasi partiyalarını modernləşmənin yolunu davamlı olaraq yönləndirmək üçün öz inkişaflarını milli modernləşmə xüsusiyyətləri ilə yaxından birləşdirməyə çağırıb.
"Sinxua" agentliyi xəbər verir ki, Si Cinpin bu sözləri çərşənbə günü ÇKP və dünya siyasi partiyalarının onlayn formatda yüksək səviyyəli dialoqunun açılış mərasimindəki əsas çıxışı zamanı deyib.
Si Cinpin əsas nitqində qeyd edib ki, müasir dünyada çoxsaylı çətinlik və böhranlar bir-birinə qarışıb və bəşəriyyətin modernləşmə prosesi yenidən tarixi kəsişməyə gəlib çatıb.
Siyasi partiyalar modernləşmə prosesini idarə edən mühüm qüvvə olaraq, "hansı tərz modernləşməyə ehtiyacımız var və buna necə nail ola bilərik" kimi suallara cavab verməyə borcludur.
ÇXR-in Sədri siyasi partiyaları xalqa əsas üstünlük verməyi və modernləşmənin insan yönümlü olmasını təmin etməyə çağırıb.
O, həmçinin müstəqillik prinsipini dəstəkləməyə və modernləşməyə doğru çoxşaxəli yolları araşdırmağı təklif edib.
Si Cinpin “Modernləşməyə nail olmaq üçün hər bir ölkə təkcə prosesi tənzimləyən ümumi qanunlara riayət etməli deyil, daha da önəmlisi, öz milli şərtlərini və özünəməxsus xüsusiyyətlərini nəzərə almalıdır” deyib.
Çin lideri deyib ki, modernləşmə avtomatik olaraq əldə olunmur, bu, güclü tarixi təşəbbüs və gərgin əməyin nəticəsidir. Siyasi partiyalar modernləşmə yolunu davamlı olaraq yönləndirmək üçün öz inkişaflarını milli modernləşmə xüsusiyyətləri ilə yaxından birləşdirməlidirlər.
ÇKP-nin 20-ci Milli Konqresi Çin xalqının gəncləşməsini bütün müstəvilərdə Çinin modernləşmə yolu vasitəsilə davam etdirməyi məsləhət görüb.
Si Cinpin Çin tərzi modernləşmənin Çinin milli şərtləri və digər ölkələrin təcrübələrinə əsaslandığını, Çin xalqına və dünyanın ümümi inkişafına təkan verdiyini vurğulayıb.
Si Cinpin ÇKP-nin beynəlxalq ədaləti qorumağa və dünyada sülh və sabitliyə kömək etməyə davam edəcəyini əlavə edib.
Si Cinpin Çinin modernləşməni davam etdirərkən müstəmləkəçilik və talan etmə siyasətindən istifadə etməyəcəyini, bəzi dövlətlərin gücləndikdən sonra hegemonluq əldə etmək üçün getdiyi yollardan getməyəcəyini və bunu dinc inkişafın təşviqi üçün Çinin izlədiyi düzgün yol olduğunu dilə gətirib.
KARUSEL / DÜNYA
Tarix: 17-03-2023, 10:12