mobil versiya

StartupFest Gəncə proqramının rəsmi açılışı olub



StartupFest Gəncə müsabiqəsinə qəbul olunan müraciətlər əsasında ilkin qiymətləndirmə başa çatıb.
Bu münasibətlə aprelin 4-də müsabiqədə iştirak etməyə haqq qazanan texnoloji startaplar üçün Azərbaycan Dövlət Aqrar Universitetində tanışlıq tədbiri baş tutub.
Tədbirdə Asiya İnkişaf Bankının (AİB) ölkədəki nümayəndəliyinin Layihə İdarəetmə qrupunun rəhbəri Raza Farrukh və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müşaviri Azər Bayramov açılış nitqi ilə çıxış ediblər.
Daha sonra təşəbbüskar gənclərdən ibarət seçilmiş komandalar proqram çərçivəsində keçiriləcək təlim və seminarlar barədə ətraflı məlumat əldə ediblər.
Xatırladaq ki, proqrama müraciət edən 71 komandadan 15-i növbəti mərhələyə keçməyə haqq qazanıb.
StartupFest Gəncə proqramı AİB və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə  Dövlət Agentliyinin  birgə əməkdaşlığı nəticəsində baş tutur və Gəncə-Daşkəsən iqtisadi rayonunu əhatə edir.
Proqramın məqsədi bu regionda #yaşılenerji#kəndtəsərrüfatı#təhsil, dövlət sektorunda #innovasiyalar istiqamətində startapların formalaşmasına təkan verməkdir.
StartupFestGəncə AİB-nin yerli texnoloji startapların inkişafına dəstək verən Texniki Yardım layihəsi çərçivəsində təşkil olunur. Texniki Yardım layihəsi Koreya Respublikasının E-Asiya və Bilik Tərəfdaşlığı Fondunun maliyyə dəstəyi ilə reallaşdırılır.


KARUSEL / CƏMİYYƏT
Tarix: 5-04-2023, 13:06