Kabil Dövlət Xəstəxanası mütəxəssis həkim, avadanlıq çatışmazlığı ilə üzləşir
Kabildəki dövlət xəstəxanasının rəsmiləri mütəxəssis həkim və avadanlıq çatışmazlığı ilə üzləşdiklərini bildiriblər.
"TOLO News" xəbər verir ki, Uşaq Sağlamlığı Xəstəxanasının müdir müavini Məhəmməd İqbal Sediqi xəstəxanada müayinələr aparamq üçün MRT aparatı yoxdur. Xəstəxananın təcili yardım bölməsində xəstələr üçün cəmi on çarpayı var və bu səbəbdən xəstələrin əksəriyyətində təcili yardım göstərilmir.
"Taliban" rejimi altındakı Xalq Səhiyyə Nazirliyi xəstəxanalarda insan və texniki imkanların artırılması üçün səylərin davam etdiyini bildirib. Nazirliyin sözçüsü Şərafət Zaman deyib ki, Xalq Səhiyyə Nazirliyi son bir ildə bütün bölmələr üçün işləyib: "Biz elektroskop əməliyyatı üçün əvvəllər dövlət xəstəxanalarında olmayan maşınlar gətiririk. Bəzi xəstəxanalarda o, işə salınıb"
KARUSEL / DÜNYA
Tarix: 12-04-2023, 10:25