mobil versiya

Respublika Psixiatriya Xəstəxanasına yeni baş həkim təyin olunub



Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına baş həkim təyin edilib.
Nazirlikdən verilən məlumata görə, bu barədə səhiyyə naziri Teymur Musayevin müvafiq əmr imzalayıb.
Əmrə əsasən Orxan Rasim oğlu Cəfərov xəstəxananın baş həkimi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, O.Cəfərov bu təyinata qədər Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru vəzifəsində çalışıb.
Xatırladaq ki, bu gün 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulovun əmək müqaviləsinə xitam verilib.
SAĞLAMLIQ / KARUSEL
Tarix: 5-04-2023, 14:09